17:57
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birinci Avropa Oyunlarında qadın oxatanların fərdi mübarizəsində Karina Vinter qızıl medala sahib çıxıb. O, rəqibi Maya Yagerə 6:2 hesabı ilə qalib gələrək Avropanın ən sərrast oxatanı adını qazanıb. Maya Yager isə gümüş medala yiyələnib.
Üçüncü yer uğrunda yarışda Alisia Marin Evangeliya Psarraya qalib gələrək, bürünc medalı boynundan asıb - 6:4.
--------
11:41
Milli.Az bildirir ki, qadınlar arasında fərdi yarışlarda Azərbaycan təmsilçisi Olqa Senyuk danimarkalı Maya Yagerə 3:7 hesabı ilə uduzaraq mübarizəni yarıda dayandırıb.
----------
08:48
Milli.Az Bakı-2015-in rəsmi saytına istinadən bildirir ki, Avropa Oyunlarının 10-cu günündə Tofiq Bəhramov adına Respublika Stadionunda kamandan oxatma yarışları keçirilir.
Yarış cədvəli belədir:
09:00 Qadınlar arasında Fərdi 1/16 Seçmə Mərhələsi
14:00 Qadınlar arasında Fərdi 1/8 Seçmə Mərhələsi
15:44 Qadınlar arasında Fərdi 1/4 Finallar
16:36 Qadınlar arasında Fərdi Yarımfinallar
17:05 Qadınlar arasında Fərdi Finallar
Azərbaycanı Olqa Senyuk təmsil edir. O, 10:31-də danimarkalı Maya Yagerlə yarışacaq.
İdmançımıza uğurlar!
Milli.Az
-----------
11:41
Foto: AZƏRTAC





