İdman

Atletiko ona 60 milyon qiymət qoydu

13 May 2015 13:31
0 Şərh     Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Daily Mail" nəşri "Atletico Madrid"in mövsümün sonu üçün bəzi planlarını açıqlayıb.

Goal.az xəbər verir ki, mənbə Madrid klubunun Antuan Qrizmannı heyətdə saxlamaq fikrində olduğunu qeyd edib. "Chelsea" və "Bavariya"nın ciddi maraqlandığı fransalı futbolçudan fərqli olaraq, Mario Mandzukiçin komandadan göndərilməsi planlaşdırılır. Xorvatiyalı hücumçu ötən yay Dieqo Koştanın boşluğunu doldurmaq üçün "Atletico"ya transfer olunsa da, hücum xəttində liderliyi öz öhdəsinə götürə bilməyib.
 

Qeyd edək ki, Qrizmannın buraxılış qiyməti 60 milyon avro təşkil edir. Lakin "Atletico" rəhbərliyi onun transferindən daha yüksək məbləğ əldə etməyi düşünür. Qrizmann isə karyerasını "Chelsea"də davam etdirməyin əleyhinə deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.