İdman

MTN polkovnikinə rəis postu verildi

4 May 2015 19:41
0 Şərh     Baxış: 4 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" Futbol Klubunun mühafizə xidmətinin yeni rəisi müəyyənləşib

Milli.Az xəbər verir ki, bu barədə report-a klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.

Onun sözlərinə görə, yeni rəis Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən 2003-cü ilin oktyabrında ehtiyata buraxılmış polkovnik Hamlet İsmayılovdur.

Müşahidə Şurasının sədri daha 3 təyinatın reallaşdığını deyib. Hüquqşünas vəzifəsinə Rauf Mövsümov təyin olunub. Ç.Abdullayev yeni hüquqşünasın 30 ildən artıq prokurorluqda çalışdığını bildirib. Qarabağ müharibələrinin iştirakçısı olmuş 2 nəfər isə klubda sürücü vəzifəsində çalışacaq.
 

Qeyd edək ki, daha öncə Vəli Qasımov idman direktoru, Dmitri Kramarenko qapıçı hazırlığı üzrə məşqçi, Mübariz Xudiyev isə idman direktorunun müavini vəzifəsinə təyinat alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.