İdman

"Bu, Azərbaycanın iki ən güclü komandasının oyunu idi"

4 May 2015 14:45
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin hücumçusu Viktor Mendi qol.az saytına müsahibə verib. Seneqallı müsahibəsində Premyer Liqamızın 32-ci turunda doğma meydanda "Qarabağ"la bərabərə qaldıqları matç haqqında danışıb.

- "Qarabağ"la oyundan bir xal qazanmağı necə nəticə hesab edirsən?

- Çətin rəqib qarşısında yaxşı oyun sərgilədik. Belə görüşlərdə bir xal qazanmaq yaxşı nəticədir. Amma etiraf edək ki, bizim qol vurmaq üçün çox şansımız oldu. Sadəcə bəxtimiz gətirmədi. "Qarabağ" elə bir komandadır ki, onlara qarşı hər zaman ehtiyatlı oynamalısan.
 

- Səncə, "Qarabağ" niyə son oyunlarda "Qəbələ"yə qalib gələ bilmir?

- "Qarabağ" yaxşı komandadır. Dediyim kimi, onlara qarşı çətindir. Bizim bu komandayla hər turdakı matçlarımız maraqlı və gərgin alınıb. Onların bizi məğlub edə bilməməsinin səbəbi hər iki komandanın eyni səviyyədə olmasıdır. Yəni "Qəbələ" də onlar üçün zəif rəqib deyil. Hesabı onlar açsalar da, bərabər səviyyəli oyun keçdi.
 

- "Qarabağ" 8 oyunluq qələbə seriyanıza son qoydu..

- Nəzərə alın ki, biz "Qarabağa" qarşı oynayırdıq. Qarşımızdakı sıradan bir rəqib deyildi. Bu komandanın heyətində səviyyəli futbolçular çoxdur. Əsas odur, belə bir komandayla qarşılaşmada məğlub olmadıq. Biz qalib də gələ bilərdik. Əlimizə düşən qol imkanlarını özünüz də gördünüz. Biz buna görə üzülmürük. Əsas odur, məğlubiyyətsizlik seriyamız davam edir. Bu matç Azərbaycanın ən yaxşı iki komandasının oyunu idi. Nəticə də hər iki komanda üçün uğurlu oldu.
 

- Penalti epizodu ilə bağlı nə deyə bilərsən?

- Həmin epizodda hakim doğru qərar verdi. Mən artıq topa çatmışdım və rəqib qapıçı məni itələdi. Heç bir etiraza gərək yoxdur. Haqqımız olan penaltini vurduq.
 

- Son vaxtlar "Qəbələ"nin əsas qol silahlarından birinə çevrilmisən.

- Mən sadəcə, hər matçda əlimdən gələni edirəm ki, komandamın uğurlarında pay sahibi olum.
 

- Komandan artıq Avropa Liqasına vəsiqəni təmin edib. Səncə, Premyer Liqamızın son turlarındakı uğurlu nəticələri Avropa meydanlarında da qazana biləcəksiniz?

- Azərbaycan çempionatının bitməsinə bir neçə tur qalıb. Hələlik bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Çünki biz uzun sürən uğursuzluqdan sonra güclü komanda kimi formalaşmağı bacardıq. Bunun üçün çətin bir yol keçdik. Uğurlarımızın sona kimi davam etməsini istəyirik. Avropa Liqasına vəsiqə qazandıq deyə komandamız arxayınlaşmamalıdır. Son tura kimi mübarizə aparacağıq və hər matç bizim üçün önəmli olacaq. Daha sonra Avropa haqqında düşünmək olar. Çalışacağıq, "Qəbələ" beynəlxalq yarışlarda da yaxşı nəticə göstərsin və azarkeşlərini sevindirsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.