Robert Prosineçki: "Xorvatiya yığmasına Bakıda asan olmayacaq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yığmamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Malta ilə matçı dəyərləndirən çalışdırıcı Norveç və Xorvatiya ilə keçiriləcək oyunlara da toxunub.
- Azərbaycandakı durumunuzdan məmnunsunuzmu?
- Məmnun olmasaydım, indi burada olmazdım.
- Malta üzərində qazanılan qələbədə əsas rolu nə oynadı?
- Malta ilə matçın birinci hissəsindəki mübarizəmizi gördünüz. Çox yaxşı oynadıq. Ardıcıl 4 məğlubiyyətdən sonra bunu bacarmaq asan deyil. Bu qələbə bizə komandanın özünəinamını qaytarması baxımından çox vacib idi. Uşaqlar doğru addımlar atdılar. Taktiki cəhətdən hazırlıqlı görünürdük.
- Amma eyni mübarizəni ikinci hissədə aparmadınız...
- İkinci hissədə qələbəni əldən verməkdən qorxduq. Bu da normal haldır. Malta elə komanda deyil ki, onu qiymətləndirməyəsən. Xorvatların onlara qarşı necə çətinlik çəkdiklərini yadınıza salın. Möhkəm müdafiə olunurlar və hücum xəttində də Nigeriya əsilli Alfred Effionq rəqibə çətin anlar yaşadacaq gücdədir.
- Azərbaycan millisində bir neçə debütant var idi. Onlar ümidlərinizi doğrultdular?
- Bəzi futbolçular məndən öncə yığmanın planında olmayıblar. Onlara şans vermək qərarına gəldim. Düşünürəm ki, həmin oyunçular indiki vəziyyətdə milliyə dəvət edilməyə layiqdirlər.
- Növbəti rəsmi oyununuz Norveçə qarşı olacaq. Səfər matçından nə gözləyirsiniz?
- İnanıram ki, bu templə davam etsək, Norveçlə iyunda keçiriləcək oyuna hazır olacağıq. Həmin görüşdə sürpriz edə bilərik.
- Xorvatiya millisi Norveçi asanlıqla məğlub etdi. Bu hesab sizin üçün sürpriz olmadı?
- Etiraf edim ki, Xorvatiyanın belə böyük fərqlə qələbə qazanacağını gözləmirdim. Fikrimcə, bu, obyektiv göstərici deyil. Ancaq Xorvatiya ən güclü komandalardan biridir və qələbəsi gözlənilən idi. Xorvatiya millisi həmişə ulduz futbolçulardan ibarət olub və favoritlər arasında yer alıb.
- Sentyabrda Xorvatiya yığmasını qəbul edəcəksiniz. Həmin matçda hədəfiniz nə olacaq?
- Şübhəsiz ki, Xorvatiya həmin qarşılaşmanın favoriti olacaq. Bu məlumdur. Ancaq əminəm ki, biz bu rəqibə qarşı bütün gücümüzlə layiqli mübarizə aparacağıq. Onlara Bakıda asan olmayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu





