"İnter"in hollandiyalı yarımmüdafiəçisi Ruben Sxaken Azərbaycandakı karyerası ilə bağlı ölkəsinin mətbuatına tez-tez açıqlama verir. Azerisport.az xəbər verir ki, o, yenidən həmyerlilərinə ölkəmizdə gördüklərindən danışıb:
"Bakıya ilk gəlişimdə Dubaya getdiyimi hiss etdim. Bakı tezliklə Dubaya çatacaq. Buradakı mağaza və butikləri London və Milandakılarla müqayisə etmək olar. Burada hər kəs qarşıdakı Avropa oyunlarına hazırlaşır. Həmin turnir iyun ayında keçiriləcək".
Sxaken hələ dil bilməməsinə görə çətinlik çəkdiyini söyləyib: "Komandada heç kim ingilis dilində danışmır. Fransalı oyunçumuz olsa da, ona da ancaq "salam" və "işlərin necədir" kimi suallar vermək olur. Azərbaycan diliylə yanaşı, burada rus və türk dillərindən istifadə olunur. Klub rəsmilərindən xahiş etmişəm ki, mənə heç olmasa rus dilində tərcüməçi tapsınlar ki, baş məşqçinin verdiyi tapşırıqları başa düşüm".
"Şadam ki, "Qarabağ"da oynayan Leroy Corc elə də uzaqda yaşamır. O, xeyli müddətdir burada olduğuna görə mənə çox kömək edir. Sürücümü də unutmamalıyam. O, burada mənə hər şeyi göstərir, hər yerə aparır. Özüm sürə bilmirəm. Çünki burada avtomobil idarə etmək bir qədər qorxuludur. Sürücüm həm də mənim üçün tərcüməçilik edir".
Sxaken oyunlara az azarkeş gəlməsinə də münasibət bildirib: "Əlbəttə, azarkeşlik baxımından Hollandiyada, "Feyenoord"da gördüklərimi buradakılarla müqayisə etmək olmaz. Burada futbola ancaq "Range Rover"i olan varlılar gəlirlər".
Milli.Az
İdman
"Bakıda futbola ancaq "Range Rover"i olan varlılar gəlirlər"
28 Fevral 2015 16:36
0 Şərh
Baxış: 1 096
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
- BGF Azərbaycanın lisenziyasını təsdiqlədi
- "Ezel" serialındakı "Eyşan" rolu ilk ona təklif edilibmiş - FOTO
- Şuşa İslam Əməkdaşlıq Təşkilatının 10-cu Gənclər Paytaxtına ev sahibliyi edir - FOTO
- Ürəklə bağlı bu əməliyyat pulsuz oldu
- Qurban Qurbanov dünya reytinqində irəlilədi
- Emin Axundovu ölümlə hədələyərək 100 min tələb ediblər
- "Gənclər sərbəstliklə tərbiyəsizliyin yerini səhv salırlar”
- Cozef Bayden İlham Əliyevə məktub ünvanladı
- 40-a yaxın ölkə Trampa qadağa qoyacaq?
- Ərdoğan Bakı Enerji Həftəsi ilə bağlı məktub ünvanlayıb
- Ədliyyə Nazirliyinin işçilərinin sayı artırıldı
- Lunyov "Qarabağ"dan getdi
- Azərbaycanda bu imtahan ödənişli olacaq
- Fanatının Vəfaya reaksiyası GÜNDƏM OLDU - VİDEO
- Türkiyədə mədən çökdü: Ölən və yaralanan var
- “Ad günün mübarək, istefa” - FOTO
- İki rayona yeni prokuror təyin olundu
- Azər Maqsudova 6 ilədək həbs verilə bilər - FOTO
- KOBİA Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində “yaşıl KOB” konsepsiyası ilə çıxış edir - FOTO
- Yuxular həyatımıza nə dərəcədə təsir edir? - VİDEO
- Yeni təyin olunan 32 yaşlı nazir KİMDİR? - DOSYE
- “Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu
- Məşhur klub “Qarabağ”ın forvardını istəyir