İdman

Rocers "Beşiktaş"a məğlubiyyəti şərh etdi

27 Fevral 2015 09:46
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaxşı oyun oldu. "Beşiktaş"ı təbrik edirəm. Bundan sonra bütün diqqətimizi Premyer Liqaya yönəldəcəyik".
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Brendan Rocers "Beşiktaş"la oyundan sonra deyib.
 

Təcrübəli mütəxəssis komandasının bir səhv nəticəsində turnirdə mübarizəni dayandırdığını bildirib: "İlk hissədə qol vurmaq şanslarımız oldu. Fasilədən sonra yaxşı müdafiə olunduq. Bir səhv etdik ki, bundan sonra da qol buraxdıq. Təəssüf ki, İstanbul bu dəfə bizim üçün uğurlu olmadı. Ancaq yaxşı qarşılandıq. Cari mövsüm bir kubok qazanmaq istəyirik. Bu, Avropa Liqası ola bilərdi. Lakin fürsəti qaçırdıq".
 

Qeyd edək ki, Avropa Liqasının 1/8 finalının cavab görüşündə "Beşiktaş"a penaltilər seriyasında uduzan "Liverpul" turnirdə mübarizəni dayandırıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.