İdman

Kros "Real"da

17 İyul 2014 15:19
Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bavariya"nın təcrübəli futbolçusu Toni Kros rəsmi olaraq "Real Madrid"ə keçib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Kral Klubu" bir müddətdir transferi üçün çalışdığı almaniyalı yarımmüdafiəçi və klubu ilə razılığa gəlib. Yeni transferin bu axşam mətbuata tanıdılacağı elan edilib.

"Real Madrid" ilə 6 illik müqavilə imzalayan futbolçu illik xalis 6,7 milyon avro qazanacaq. İspanlar bu transfer üçün "Bavariya"ya 25 milyon avro pul ödəyəcək.

Qeyd edək ki, Toni Kros "Bavariya"nın bir müddət öncə təklif etdiyi müqaviləni rədd edib. "Bavariya" rəhbərliyi Krosu gələcək mövsümün sonunda gəlir əldə etmədən itirməmək üçün "Real Madrid"ə transferinə razılıq verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.