İdman

Bu şəkil Məsut Özilin ürəyini parçaladı - FOTO

17 İyul 2014 10:33
3 Şərh     Baxış: 1 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Futbol üzrə son dünya çempionatında Argentinanı məğlub edərək dünya kuboku qazanan Almaniya millisinin oyunçusu Məsut Özil çox da sevinə bilməyib və Yaxın Şərqdə baş verən qarşıdurmalara görə kədərlənib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Almaniya yığmasında top qovan Türkiyə əsilli Məsut Özil qalibiyyətdən sonra internetdə yayılan bir şəkildən çox pis olub və aldığı pul mükafatını Qəzzaya göndərməyi qərara alıb. Belə ki, şəkildə Məsut Özilin formasını geyinmiş fələstinli bir uşağın ölümündən sonra anasının həmin qanlı formanı əlində tutub göstərməsi olub. Ürəkparçalayan şəkildən sonra futbolçu 350 min avro dəyərində mükafatını qəzzalı uşaqlara göndərib. Sosial şəbəkədən isə İsrailə qarşı reaksiyasını bildirib.

Qeyd edək ki, Məsut Özil ötən il 42,5 milyon funt-sterlinq qarşılığında "Arsenal"a transfer olub.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.