Xaçmaz rayonunun Yalama qəsəbəsində mayın 30-u - iyunun 1-i tarixlərində səmti müəyyən etmə idman növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışı keçirilib.
Artıq ənənə halını almış bu yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisəsi, idman klubları və s. təmsil edən 20-dən çox komanda və 12 ölkəni təmsil edən idmançılar qatılıb. Yarışda "elit", "open" və "junior" kateqoriyaları üzrə ümumilikdə 200-dən çox idmançı mübarizə aparıb. İdmançıların yarışdıqları ərazidə video-nəzarət məntəqəsinin quraşdırılması ilk dəfə yarışı internet vasitəsilə canlı olaraq izləməyə imkan verib.
Yarışın ilk günündə uzun məsafə üzrə kişilər arasında Aleksandr Trempoltsev (Rusiya) 7.5 km məsafədə 14 nəzarət məntəqəsində qeyd olunaraq bütün rəqiblərini geridə qoyub və finiş xəttinə birinci çatıb. Finlandiyalı idmançı Timo Elo ikinci yeri tutub. Rəqibindən bir neçə dəqiqə geridə qalan Türkiyəli Yaşar İsmət Dəmiröz bürünc medal qazanıb. Qadınlar arasında 5.7 km məsafədə 13 nəzarət məntəqəsindən qeydiyyatdan keçməklə təşkil olunmuş yarışda Neftçi İK-nun idmançısı Nataliya Əliyeva qızıl medal qazanıb. Minayeva Yelena (Alp Klub 2) ikinci, Büşra Muslu (Türkiyə) isə üçüncü olub.
Yarışın ikinci günündə kişilər arasında qısa məsafə üzrə Türkiyəli idmançı Yaşar İsmət Dəmiröz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı İsveçli Henrik Flordal qazanıb. Üçüncü yeri Xüsusi Dövlət Mühafizə Xidmətinin idmançısı İlham Quliyev tutmuşdur. Qadınlar arasında yarışda isə Türkiyəli Büşra Muslu qızıl medal qazanmışdır. Nataliya Əliyeva ikinci, Minayeva Yelena isə üçüncü olub.
İki günün umumi nəticələrinə əsasən, Türkiyə komandası birinci yeri tutub. İkinci və üçüncü yeri müvafiq olaraq Dağçılıq İdman Klubu və Xüsusi Dövlət Mühafizə Xidməti tutub.
Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
İdman
Səmti müəyyən etmə idman növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Kubok yarışı keçirilib - FOTO
3 İyun 2014 20:57
Baxış: 1 408
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- “Apple” şirkətini məcburiyyət qarşısında qoyan reklam çarxı - VİDEO
- "Kuruluş Osman" da bu görüntülər gündəm oldu - VİDEO
- Şagirdini döyən məşqçinin cəzası açıqlandı
- "Aşk-ı Memnu"nun aktyorları illər sonra - FOTO
- Qazaxın 4 yox, 6 kəndi qaytarılıb – Baqratyan
- Zelenskidən müraciət: Xarkova əlavə qüvvələr cəlb edilir
- Dünyanın ən varlı şəhəri: 360 min milyonçusu var
- İsrail qırıcıları Hizbullahın 5 hərbi obyektinə zərbə endirdi
- Azərbaycanın təklifini qəbul etmək xəyanət olar - Lalə
- Bayden dövründə Ukraynaya ayrılan vəsaitin həcmi...
- Kurskda PUA hücumu təhlükəsi elan edildi
- Günel ortalıqdan çıxmadı – VİDEO
- Əfsanəvi ABBA geri qayıdır
- Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
- Fahree və İlkindən paylaşım - FOTOlar
- İbrahim Tatlıses bu gün Bakıya gəlir
- Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb
- Ukrayna Luqanskda neft anbarını vurdu: Güclü yanğın başladı - VİDEO - FOTO
- Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı
- Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?
- Mbappe PSJ-dən ayrılır – Özü açıqladı
- Bu da Şəbnəm Tovuzlunun makiyajsız HALI - VİDEO
- Rusiya ordusu bu istiqamətdə hücuma başladı - ABŞ
- İsraillə dialoq dalana dirənib - HƏMAS