İdman

Müller: ""Bavariya" Madriddə qələbə qazanmağa qadirdir"

21 Aprel 2014 15:15
1 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bavariya"nın futbolçusu Tomas Müller Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları "Real" (Madrid) klubu ilə matç haqda fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Bild" qəzetinə danışan almaniyalı futbolçu "Bavariya"nın Madriddə qələbə qazanmağa qadir olduğunu bildirib: ""Real"la görüşdə meydanda var-gücümüzü qoymalıyıq. Yalnız bu zaman istədiyimiz nəticəni əldə edə bilərik. "Bavariya" Madriddə qələbə qazanmağa qadirdir. Bunu bacaracağımıza inanıram".

Qeyd edək ki, "Real" - "Bavariya" oyunu aprelin 23-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.