İdman

"Barselona"nı "Mançester Yunayted"ə dəyişən oyunçu kimdir?

21 Aprel 2014 12:00
0 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Barselona"nın futbolçusu Pedro Rodriges mövsüm başa çatdıqdan sonra Kataloniya klubundan ayrılmağa hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu mövsüm baş məşqçi Xerardo Martinonun az şans verdiyi oyunçunu "Mançester Yunayted" transfer etmək istəyir. Bunun üçün ingilis klubunun Kataloniya təmsilçisinə 32 milyon avroluq təklif göndərəcəyi iddia edilir.

Qeyd edək ki, Pedronun meneceri də futbolçunun oyunlarda az iştirak etdiyi üçün xoşbəxt olmadığını deyib. O, hücumçunun "Barsa"dan getməsini mümkün hesab edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.