İdman

"Barselona" qapıçısız qaldı

18 Aprel 2014 17:01
16 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Barselona"da qapıçı böranı yaşanır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, əsas qolkiper Viktor Valdesdən sonra ikinci qapıçı Xose Manuel Pinto da mövsümün sonunda komandanı tərk etmək qərarına gəlib. Bir çoxları Pintonu "Real"la görüşün anti-qəhramını sayırlar. Ancaq qapıçının qərarı Kral kubokundakı məğlubiyyətlə əlaqədar deyil. Pinto 2007-ci ildə "Barselona"ya gəlib və uzun müddət ehtiyat oyunçular skamyasında oturub. Mövsümün sonunda klubla müqaviləsi başa çatan Pinto təzyiqlərlə üzləşdiyindən müqaviləni uzatmamaq qərarına gəlib.

Qeyd edək ki, UEFA tərəfindən 1 illik transfer qadağasına məruz qalmış "Barsa" qapıçı transfer edə bilməyəcəyinə görə, əvəzedici heyətdən qapıçı cəlb etməyi düşünür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.