İdman

UEFA "Mançester Siti"ni ciddi cəzalandıracaq

15 Aprel 2014 14:31
0 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İngiltərə Premyer Liqasının aparıcı klublarından biri olan "Mançester Siti" UEFA tərəfindən maliyyə "feyr pley" qaydalarını pozduğuna görə ciddi şəkildə cəzalandırılacaq. Lakin onun Çempionlar Liqasından çıxarılacağı ehtimal olunmur.

Trend-in məlumatına görə, xəbəri İngiltərənin "Teleqraf" qəzeti yayıb.

Əvvəlki kimi UEFA-nın müəyyən etdiyi maliyyə qaydalarına uyğun gəlmədiyinə görə şübhə altında olan təxminən 20 klub arasında "Mançester Siti" və "Pari Sen-Jermen" də var.

2011/12 və 2012/13-cü illər mövsümündə bahalı transferlərə xəsislik etməyən şeyx Mənsurun sahibi olduğu "şəhərlilərin" ziyanı 149 milyon funt olub.

UEFA-nı inandırmaq üçün "Siti"nin çərşənbə gününə qədər vaxtı var. Əks təqdirdə sanksiyalar qaçılmazdır. Ehtimal ki, ya ciddi cərimə olacaq, ya da futbolçuların transferinə qadağa qoyulacaq.

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın Maliyyə nəzarəti komitəsinin ikigünlük iclası keçiriləcək. İclasda qaydaları pozan klublar barəsində qurumun gələcək fəaliyyəti müzakirə olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.