İdman

Məşhur məşqçi danışdı: "Onun anasına söymüşəm?" - FOTO

15 Aprel 2014 11:45
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya primerasının ötən turunda oynanmış "Betis"-"Sevilya" matçında baş vermiş insidentlə bağlı müzakirələr və qalmaqal səngimir.

"Sevilya"nın səfərdə 2:0 hesabla qalib gəldiyi bu qarşılaşmada ev sahiblərinin oyunçusu Ruben Kastro qonaqların qoleadoru Alberto Morenonu arxadan təpik zərbəsi ilə vuraraq yerə sərmişdi.
 

Milli.Az bildirir ki, "Sevilya"nın baş məşqçisi Unai Emeri də Morenonun zədələndiyini görərək sinirlənib.

O, "Betis"in oyunçusu, "Baptista" kimi tanınan Leonardo Karrilya Baptistanı təhqir etməkdə suçlanır.

Belə ki, Baptistan Emerinin yanından keçəndə baş məşqçi ona nə deyibsə, futbolçunun əhvalı pozulub.

Matç başa çatanda isə Baptistao paltardəyişmə otağında ağlayırmış.
 

EstadioDeportivo-nun verdiyi məlumata görə, Emeri Baptistao yanından keçəndə futbolçuya deyib: "Sən primerada oynamağa layiq adam deyilsən. Sənin ananı..."
 

PlanetaDeporte də bu versiyanı ayıb.
 

El Correo isə yazıb: "Leo Baptistaonun anası ölüb. Braziliyalı futbolçu da mərhum anasına söyülməsindən şoka düşüb, matçdan sonra ağlayıb".

Fəqət, Unai Emeri Marca-ya bildirib ki, yayılan xəbərlər və iddialar yalandır.
 

"Onun anasına söymüşəm?! Bu, həyasız iddia, ağ yalandır. Leo əla futbolçudur və onun qəlbinə toxunacaq heç nə söyləməmişəm. Əslində, söyləmək niyyətində də olmamışam. Sadəcə, Leo çox kövrək, incə qəlbli insandır. Gərgin matçdan sonra emosiyalarına hakim ola bilməyib", - Unai Emeri deyib.
 

Baptistan da Twitter-dəki profilində bildirib ki, "Sevilya"nın baş məşqçisi U.Emeri onun anasına söyməyib.
 

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.