İdman

Altay Həsənov: "Bakıda keçiriləcək I Avropa Oyunları keçirilməmişdən tarixə yazılıb"

5 Aprel 2014 17:16
Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bakıda keçiriləcək I Avropa Oyunları bütün Azərbaycan xalqı, idmansevərlər üçün tarixi hadisədir". Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov mətbuat konfransında deyib.

A.Həsənov qeyd edib ki, artıq bu oyunlar keçirilməmişdən tarixə yazılıb: "Bizim ölkəmizin, rəhbərliyimizin, aidiyyəti qurumların bu yarışı yüksək səviyyədə keçirəcəklərinə inanıram. O ki qaldı nəticələrə, oyunlarda gimnastikanın 6 növü olacaq. Bu, çətin, şərəfli, eyni zamanda məsuliyyətlidir. Çıxışımda dediyim kimi, indidən əməliyyat komitəsi ilə sıx əməkdaşlıq edirik. Çox ciddi hazırlaşmaq lazımdır, çünki bu formatda biz hələ yarış keçirməmişik".
 

A.Həsənov bildirib ki, bu, Azərbaycan dövləti, eləcə də Gənclər və İdman Nazirliyi üçün bir sınaqdır: "İnanıram ki, bu sınaqdan da yüksək səviyyədə çıxacağıq və təbii ki, nəticələr də olacaq".

AGF-nin vitse-prezidenti qeyd edib ki, hər bir yüksək nəticə məqbuldur: "Olimpiya prinsipi var. Biz bir çıxışla kifayətlənməyəcəyik. Biz çalışacağıq ki, azarkeşləri və federasiya rəhbərliyini sevindirək".
 

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (http://baku2014.agf.az/application/) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.