Azərbaycanda yeni idman federasiyası açıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qeyd edək ki, Vasif Namazov "Alpağut" adını, 11-ci yüzillikdə Mahmud Qaşqarlı tərəfindən yazılmış "Türk Dialektlerinin Lüğəti" ("Divanü Lüğәti it-Türk") - Türkçənin bilinən ən qədim lüğətindən götürmuşdur. "Alpağut" adı "Divani lüğət it-Türk"-də bеlə açıqlanır: "Tək başına düşmənə qalib gələn, ələ kеçməyən igid".
Hazırda Vasif Namazov tərəfindən imtahan proqramı, təlim proqramı, hakimlik proqramı, özünümüdafiə (küçə döyüşü) proqramı və eyni zamanda yarışma proqramları hazırlanmaqdadır. Məlumata görə, burada 3 sistemli (A, B, C) yarışma qaydaları olacaq. 1-ci sistem Aypara (Hilal) , 2-ci sistem Batur (Cəngavər), 3-cü sistem isə Caymaz (Cəsur) adlanır.
Türk xalqlarının döyüş sənətlərindən, ortaq idman mədəniyyətindən seçilərək, ortaya qoyulacaq bu döyüş sənətinin ümümi terminalogiya bazasının hazırlanmasında Vasif Namazov tanınmış tarixçi, dilçi, türkoloqlardan məsləhətlər alır. Onların sırasında bu işə töhfə verənlər aşağıdakı şəxslərdir:
Firudin Ağasıoğlu - Tanınmış türkoloq, tarixçi alim, filologiya elmləri doktoru, professor, Türk tarixşünaslığında "Urmu nəzəriyyəsi"nin əsasını qoyan.
Nizami Cəfərov - Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. BDU-nun ümumi dilçilik kafedrasının müdiri.
Məmmədəli Qıpçaq - Bakı Dövlət Universiteti Filologiya elmləri doktoru, türkologiya kafedrasının professoru, "Türk savaş sənəti" kitabının müəllifi.
Kərəm Məmmədov - Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti.
Pərviz Elay - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun disertantı, yazıçı publisist, tarixçi antropoloq.
Ceyhun Bayramlı - Azərbaycan Universitetinin Doktorantı, Tarix araşdırmaçısı.
Dilbər Mehdiyeva - Azərabaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunun doktorantı.
Dünya Alpağut Federasiyasının prezidenti, iş adamı, Fərid Azad oğlu Əlizadə seçilib. Federasiyanın 1-ci vitse-prezidenti tanınmış idman ustası, Araz Abdullayevdir. Federasiyanın əsas struktur orqanı sayılacaq Baş Katiblik isə Federasiyanın Türkdilli ölkələr tərəfindən formalaşacaq İdarə Heyəti tərəfindən seçiləcək. Bu üsul idarə etmə sistemi Türksoy-dakı kimi həyata keçəcək.
Yaxın günlərdə www.alpagutfederation.com (net, org) rus, ingilis, türk dillərində fəaliyyətə başlayacaq. Ayrıca sosial şəbəkələrdə də federasiyanın səhifələri işə başlayacaq.
Xüsusi qeyd: "Alpağut, Xaqan qvardiyası-buyrukların içərisində öz igidliyi ilə seçilən adamlara verilən tituldur. Xaqanın mühafizə olunmasında Alpağutlara xüsusi üstünlük verilirdi. Bundan başqa, Alpağutlar başqa bir vəzifənidə yerinə yetirirdilər. Onlar təkbaşına düşmən qoşunu içərisinə girir və onlarda qorxu hissi yaradırdılar. Məhz buna görə də Alpağutlar türklərin bütün tarixi boyu xüsusi hörmətə layiq görülmüş və xas adamlar sırasında olmuşlar. Bilgə xaqan Tona Teginin dəfnində tonra tayfasından on əsgərlə bərabər bir Apağutun oldürüldüyünü abidədə xüsusi qeyd edir. Elə bu faktın özü Alpağutun döyüşdə hansı mövqeyə malik olduğunu aydın göstərir. (Mənbə: "Türk savaş sənəti" Baki, 1996, səh. 176. (Ə.Əsgər, M.Qıpçaq)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Arsenal"ın keçmiş oyunçusu toyundan sonra izsiz yoxa çıxdı
-
“Kəpəz” heyətinə daha bir futbolçu cəlb etdi
-
"Qarabağ", "Zirə" və "Neftçi" meydana çıxır - Oyun saatları bəlli oldu
-
"Sabah"ın matçının hakimləri bəlli oldu
-
Məhəmməd Salah dənizdə də mühafizəçilərlə üzür - (Video)
-
Tanınmış futbolçunu Belçikada hamının gözü önündə soydular - (Video)
XƏBƏR LENTİ
-
"Arsenal"ın keçmiş oyunçusu toyundan sonra izsiz yoxa çıxdı
-
"Ekranda əzilmiş, döyülmüş qadın görməyi xoşlayırıq"
-
Qarabağ suvarma kanalında bir nəfər batıb
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
-
Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
-
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
-
“Kəpəz” heyətinə daha bir futbolçu cəlb etdi
-
Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi
-
Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına salındı
-
Doktorantura üzrə hüquq ixtisaslarının siyahısı genişləndirildi
-
Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə...
-
Əli Əsədovdan Kərim Kərimovla bağlı qərar
-
İrana silah tədarükü iddiasına Çindən cavab gəldi
-
"Qarabağ", "Zirə" və "Neftçi" meydana çıxır - Oyun saatları bəlli oldu
-
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib - (Foto)
-
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA hücumuna məruz qalıb
-
Müjgan həbs edildi
-
Azərbaycanda külək güclənib - Faktiki hava açıqlanıb
-
1300-dən çox işləyən pensiyaçının pensiyası artırıldı
-
Üzdəki sızanaqları sıxmaq niyə təhlükəlidir?
-
Rusiya ordusu Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
57 kq narkotik vasitə və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarılıb - (Video/Foto)
-
ABŞ-ın İordaniyadakı bazasında 3 F-35 məhv edilib
-
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr





