İdman

Peru yığmasının forvardı "Bakı"da

5 Avqust 2010 09:18
Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bakı" futbol klubu Peru yığmasının forvardını transfer edə bilər. Fanat.az xəbər verir ki, Peru, Argentina və Yunanıstan çempionatlarında top qovmuş Piero Alva paytaxt klubuna təklif edilib. Lakin "Bakı"nın bu oyunçunu heyətinə qatıb-qatmayacağı hələ bilinmir. Bu barədə "Bakı"nın icraçı direktoru Yaşar Seyidov məlumat verib.

"Belə bir futbolçu bizə təklif olunub. Lakin biz ona rəsmi təklif göndərməmişik. Alvanı transfer edib-etməyəcəyimizi bilmirəm"- deyə Seyidov bildirib.

Tam adı Piero Fernando Alva Niezen olan hücumçu 14 fevral 1979-cu ildə Perunun paytaxtı Lima karyerasına 1998-ci ildə "Universitario de Deportes" klubunda başlayıb (1998-2000, 45 oyun, 17 qol). 2001-ci ildə "Sportinq"ə (Kristal, 46 oyun, 7 qol) futbolçu 2002-ci ildə Argentinyaya üz tutaraq, "Union de Santa Fe" klubu ilə anlaşıb. Bir il sonra vətəninə dönən Alva "Sport Boys"a keçib (2003, 33 oyun, 10 qol). 2004-cü ili "Alianza Atletiko Sullana" klubunda keçirən Pieronun (23 oyun, 4 qol) növbəti klubu "Universitario de Deportes" olub (2004-2007, 113 oyun, 39 qol). 2007-ci ildə Avropaya gələn futbolçu bir mövsüm Yunanıstanın "Skoda" klubunda forma geyinib (14 oyun). 2008-ci ildə yenidən vətəninə dönən Alva əvvəlcə "Kienkiano" (2008, 25 oyun, 8 qol), ardınca isə "Universitario de Deportes"un şərəfini qoruyub (2009, 30 oyun, 5 qol).

Alva 2000-ci ildən 16 dəfə Peru yığmasına dəvət alıb və 3 qola imza atıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.