10 ilin hekayəsi: 20 min könüllü ilə Formula 1 Azərbaycan Qran-prisi - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qran-prisinin yubiley ilində - onuncu yarışın keçirilməsinə hazırlıqlar davam edir. Ölkənin ən böyük və irimiqyaslı beynəlxalq idman tədbirlərindən birinin təşkilində mühüm rol oynayan könüllülər də yarış həftəsonunun əsas iştirakçıları sırasında yer alacaqlar.
Milli.Az xəbər verir ki, bu il yarışın təşkilinə təxminən 2 min könüllü cəlb olunacaq.
2026-cı il həm də Formula 1 Azərbaycan Qran-prisinin könüllülük proqramı üçün əlamətdardır. Formula 1-in Azərbaycanda keçirilməsinin onuncu ildönümü ilə yanaşı, könüllülük proqramı da özünün onuncu Qran-prisinə hazırlaşır. Ötən illər ərzində proqrama olan maraq nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 2016-cı ildə qeydiyyatdan keçən namizədlərin sayı təxminən 7 min olduğu halda, bu il onların sayı rekord həddə - 49 minə çatıb. Üstəlik, bu göstəriciyə cəmi 72 saat ərzində nail olunub.
On il ərzində Bakıda keçirilən Formula 1 yarışlarının təşkilində 20 mindən çox könüllü iştirak edib. Komandanın əsas hissəsini ənənəvi olaraq gənclər təşkil etsə də, proqram müxtəlif yaş qruplarından olan insanları bir araya gətirir. Bu illər ərzində proqramın ən gənc iştirakçısının yaşı 16, ən yaşlı könüllünün yaşı isə 75 olub.
Proqramın inkişafında 2016-cı ildən fəaliyyət göstərən Bakı Şəhər Halqası Akademiyasının (BCC Academy) xüsusi rolu var. Akademiyanın fəaliyyəti yalnız könüllülərin yarış həftəsonu üzərlərinə düşən vəzifələrə hazırlanması ilə məhdudlaşmır. Burada iştirakçıların şəxsi və peşəkar inkişafına da xüsusi diqqət yetirilir.
Hazırlıq prosesi ixtisaslaşmış təlimləri və praktiki məşğələləri əhatə edir. Könüllülər komanda işi və ünsiyyət bacarıqlarını inkişaf etdirir, dinamik mühitdə çevik və effektiv fəaliyyət göstərməyi öyrənir, beynəlxalq səviyyəli idman tədbirinin təşkilində praktiki təcrübə qazanırlar.
Əldə olunan bilik və təcrübə bir çox iştirakçı üçün gələcək peşəkar inkişafın əsasını təşkil edir. Bakı Şəhər Halqasının uzun illərdir əsas prioritetlərindən biri də proqramda özünü doğrultmuş, böyükmiqyaslı tədbirlərin təşkili və iş prosesləri ilə artıq tanış olan keçmiş könüllülərin sonradan komandaya cəlb edilməsidir.
Son on il ərzində könüllü kimi fəaliyyətə başlayan 400-dən çox gənc daha sonra Bakı Şəhər Halqasının komandasına qoşulub. Bu təcrübə bu gün də davam edir və proqramın ən fəal və bacarıqlı iştirakçılarına könüllülük təcrübəsindən peşəkar fəaliyyətə keçid imkanı yaradır.
2016-cı ildə 7 min müraciətlə başlayan yolun bu il cəmi 72 saat ərzində 49 min müraciətə çatması proqramın son on ildə keçdiyi inkişaf yolunu və ona göstərilən böyük marağı aydın şəkildə nümayiş etdirir.
Yubiley ilində seçilmiş təxminən 2 min könüllü bu onillik tarixə öz töhfəsini verməyə və Azərbaycanın Formula 1 üzrə onuncu Qran-prisinin təşkilində böyük komandanın bir hissəsi olmağa hazırlaşır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
UEFA Avropa Liqasında II tura start verilir
-
Kamil Zeynallının Qəbələdəki villasında anası ilə görüşü maraq yaratdı - (Video)
-
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırıldı
-
Çempionlar Liqasında yeni rekord müəyyənləşdi
-
Barkola Salahın rekordunu təkrarladı
XƏBƏR LENTİ
-
Məleykə Əsədova vəfat edən bacısı qızının görüntülərini paylaşdı - (Video)
-
Sabahın havası açıqlandı
-
Pakistanda məktəbdə faciə: 28 uşaq öldü
-
İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb
-
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
-
"Ukrayna prezidentini Nə Tramp, nə Mask, nə də başqası seçə bilər"
-
Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək
-
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub
-
Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir
-
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb
-
"Söz verdim ki, İran liderlərini vurmayım"
-
Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək
-
Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır
-
Bakıda nasaz yük maşını prospektlərdən birini bağladı
-
UEFA Avropa Liqasında II tura start verilir
-
Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır
-
Onlarla təyyarə İstanbul hava limanına enə bilmədi
-
Azərbaycanlı müğənni Qazaxıstanda həbs olundu - Yenilənib
-
Kamil Zeynallının Qəbələdəki villasında anası ilə görüşü maraq yaratdı - (Video)
-
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
-
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - (Foto)
-
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırıldı
-
SOMDA-da xidmətə qəbul başlayır: Kim müraciət edə bilər?





