İdman

“Real Madrid”in 3 futbolçusu yayda geri qayıdacaq

31 Mart 2026 10:39
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üç oyunçu bu yay "Real Madrid"ə qayıdacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə "Cadena Ser"ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hücumçu yarımmüdafiəçi Niko Pas, eləcə də hücumçular Viktor Munyos və Endrik Madrid klubuna qayıdacaqlar. Bu oyunçular "Los Blancos"un mövsümöncəsi məşqlərində iştirak edəcəklər.

19 yaşlı Endrik bu qış icarə əsasında "Lion"a keçib. 21 yaşlı Pas və 22 yaşlı Munyos hazırda müvafiq olaraq "Komo" və "Osasuna"da oynayırlar, lakin "Real Madrid" onları geri almaq imkanına malikdir.

"Real Madrid" hazırda İspaniya çempionatının cədvəlində "Barselona"dan dörd xal geridə qalaraq ikinci yerdədir. Onların beynəlxalq fasilədən sonrakı növbəti oyunu 4 apreldə səfərdə "Malyorka"ya qarşı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.