İdman

“Sabah”ın müdafiəçisi: “Buraxdığımız ilk 2 qolda “Qarabağ”ın bəxti gətirdi”

2 Mart 2026 16:30
Baxış: 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaxşı oyun oldu. Görüş qarşılıqlı hücumlar şəraitində və intensiv keçdi".

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə  "Sabah"ın polşalı müdafiəçisi Timoteuş Puxaç Misli Premyer Liqasının 22-ci turunda "Qarabağ"la 3:3 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, sözlərinə belə davam edib.

"Düşünürəm ki, bu matçdan heç-heçə ilə ayrılmaq bizim üçün normal nəticədir. Oyuna yenidən baxmalıyam, amma hesab edirəm ki, həm bizim, həm də rəqibin kifayət qədər qol epizodları oldu", - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Polşa millisinin sabiq üzvü buraxılan qollar barədə də danışıb:

"Açığı, ilk iki qol bir qədər şansla bağlı idi. Qollardan biri rəqib oyunçuya dəyib qapıya daxil oldu. Digəri isə künc zərbəsindən sonra yarandı. Qapı önündə qarışıqlıq zamanı top tora daxil oldu. Rəqib bundan sonra üçüncü qolu da vurdu. Buna baxmayaraq, ümumilikdə azarkeşlər üçün baxımlı qarşılaşma alındı".

27 yaşlı futbolçu komandasının çıxışını da qiymətləndirib:

"Oyunumuzda həm yaxşı, həm də çatışmayan məqamlar oldu. Rəqibdə də eyni vəziyyət müşahidə edilirdi. Nəticədə heç-heçə qeydə alındı. Bu nəticəni qəbul edirik və qarşıdakı matçlara fokuslanırıq".

Qeyd edək ki, "Sabah" 53 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 46 xal olan "Qarabağ" ikinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.