İdman

"Qarabağ"ın dünya reytinqində mövqeyi bəlli oldu

25 Fevral 2026 13:15
Baxış: 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" futbol klubu dünya reytinqində 71-ci yerdə qərarlaşıb.

Milli.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı cədvəldə Ağdam təmsilçisinin mövqeyi müəyyənləşib.

Sıralamada 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövr nəzərə alınıb.

Siyahıda Azərbaycanın digər komandalarından "Neftçi" 375-ci, "Zirə" 399-cu, "Sabah" isə 411-ci yerdədir.

501 komandanın yer aldığı cədvələ İspaniyanın "Real Madrid" klubu başçılıq edir. Sonrakı yerləri "Mançester Siti" (İngiltərə) və "Flamenqo" (Braziliya) tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.