Qurban Qurbanov: "PSJ və "Nyukasl"ın gücləri təxminən eynidir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
PSJ (Fransa) və "Nyukasl" (İngiltərə) komandalarının gücləri təxminən eynidir.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında "Qarabağ"la üz-üzə gələcək "Nyukasl" barədə fikirlərini bildirib:
"Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. "Nyukasl" Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesabı ilə bərabərə qalıb. Ona görə də demək olar ki, hər iki komandanın gücləri təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. "Nyukasl" çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür.
Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. Amma "Nyukasl" bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır".
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Nyukasl"la ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin ilk oyunları 17-18 fevralda, cavab qarşılaşmaları isə 24-25 fevralda keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əsl vampirin sifəti BELƏ OLUB
-
Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ
-
Ad gününü övladları ilə keçirtdi - FOTO
-
"Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı
-
İrəvana gedən İspaniya Baş nazirinin təyyarəsi Ankaraya məcburi eniş edib
-
Xəzərdə artan zəlzələ aktivliyi təhlükəyə işarədir?
-
Qəhvənin qocalmağın qarşısını alırmış - yeni araşdırma
-
Tramp: İrandan gələn yeni təklif qəbuledilməzdir
-
Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir
-
Dənə-dənə çiyələk mürəbbəsi hazırlamağın sirri
-
İsrailli nazirin ad günü tortu etiraza səbəb olub - FOTO
-
Bədii gimnastika üzrə Avropa kuboku başa çatdı - FOTO
-
Kahının xarab olmasını gecikdirən sadə saxlama üsulu
-
42 kilometr həyəcan: Bakı marafonu necə yaz fəslinin əsas tədbirinə çevrildi - VİDEO
-
Sərçə sayəsində milyonçu oldu
-
Tələbə faciəvi şəkildə öldü - FOTO
-
"Sülh planı nüvə məsələlərini əhatə etmir"
-
Lerikdə ildırım vuran gənc ölüb
-
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
-
Azərbaycanda qadın həyat yoldaşını bıçaqladı
-
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA
-
Makron Ermənistana səfər edib
-
"Mançestet Yunayted" "Liverpul"u məğlub edib
-
Konditer vitrinlərini qısqandıracaq ev üsulu supanql





