İdman

Bəhlul Mustafazadə Çin klubuna keçir? - AÇIQLAMA

23 Yanvar 2026 13:37
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Ayntraxt"la (3:2) matçda qələbə qolunu vuran "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə klubdan ayrıla bilər. 

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər səngimək bilmir. 

Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilir. Keçid üçün isə yalnız klubun razılığı qalıb. 

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl saytımıza açıqlamasında bu məlumatı təkzib etməyib: "Bəli, bəzi futbolçularımıza təkliflər var. Onların içində israrla oyunçularımızı istəyənlər də olub. Lakin hələlik biz "Liverpul"la oyuna köklənmişik. Yalnız bundan sonra məsələ barədə danışa bilərik. İstəmirik ki, futbolçularımızın oyunqabağı fikri yayınsın". 

Görünən odur ki, adı bəlli olmayan Çin klubu Bəhlulun transferində israrlıdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.