İdman

“Ayntraxt”ı məğlub edən “Qarabağ” görün nə qədər qazandı

22 Yanvar 2026 10:40
Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın qazancı artmaqda davam edir.

Milli.Az xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 7 turdan sonra 10 xal toplayan Ağdam klubunun ümumilikdə qazancı 7,05 milyon avroya (təqribən 14 milyon manat) çatıb.

UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir.

Qeyd edək ki, "Qarabağ" ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23,7 milyon avro (47,1 milyon manat) gəlir əldə edib. Ümumilikdə isə "Qarabağ"ın cari mövsümdəki gəliri təqribən 30,75 milyon avroya (61,11 milyon manat) çatıb. (Publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.