İdman

UEFA Çempionlar Liqası: gecənin nəticələri

22 Yanvar 2026 09:06
Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turun daha 9 qarşılaşması baş tutub.

Milli.Az-ın məlumatına görə, turun mərkəzi görüşlərindən birində son turda "Qarabağ"ın rəqibi olacaq İngiltərə təmsilçisi "Liverpul" səfərdə Fransanın "Marsel" klubuna qalib gəlib. Mersisayd təmsilçisi rəqib qapısından cavabsız üç top keçirib.

Almaniyanın "Bavariya" klubu doğma meydanda "Yunion"u məğlub edib. İspaniyanın "Barselona" komandası Çexiyada "Slaviya" ilə qarşılaşıb və məhsuldar oyunda qalib gəlib. İtaliya təmsilçisi "Yuventus" isə evdə Portuqaliyanın "Benfika" klubunu üstələyib.

VII tur çərçivəsində Azərbaycan çempionu "Qarabağ" Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gəlib və dramatik oyunda 3:2 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VII tur nəticələri:

"Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Almaniya) - 3:2

"Qalatasaray" (Türkiyə) - "Atletiko" (İspaniya) - 1:1

"Çelsi" (İngiltərə) - "Pafos" (Kipr) - 1:0

"Atalanta" (İtaliya) - "Atletik" (İspaniya) - 2:3

"Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya) - 2:0

"Slaviya" (Çexiya) - "Barselona" (İspaniya) - 2:4

"Marsel" (Fransa) - "Liverpul" (İngiltərə) - 0:3

"Nyukasl" (İngiltərə) - PSV (Niderland) - 3:0

"Bavariya" (Almaniya) - "Yunion" (Belçika) - 2:0

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.