İdman

"Qarabağ" Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi oldu

16 İyun 2025 16:52
Baxış: 412
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən "Sozopol Cup 2025" turnirinin qalibi olub.

Milli.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün keçirilən həlledici matçda "Burqas"la qarşılaşıb.

Rəqib qapısından 2 cavabsız top keçirən "Qarabağ"ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Beləliklə komanda turnirin kubokuna sahib çıxıb.

Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan Ağdam klubu yarımfinalda "Levski"ni penaltilər seriyasında məğlub edib - 0:0 (4:3-p.).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.