İdman

Bakıda “Bədii gimnastika üzrə Avropa kuboku”nun 3-cü günü start götürdü

3 May 2025 10:36
Baxış: 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa kuboku"nun üçüncü günü başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  yarışın üçüncü günündə gənclər arasında qrup hərəkətləri komandası 5 halqa, 5 gürzlə çıxış edəcək.

Gənclər arasında çoxnövçülükdə qaliblər müəyyənləşəcək. Daha sonra gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqram təsnifatı çərçivəsində komanda hesabında halqa, top, gürzlər və lentlə çıxış edəcəklər və onların mükafatlandırılması olacaq.

Ardınca isə qrup hərəkətləri komandasında böyüklər arasında çarpaz qarşılaşmalar olacaq. Onların mükafatlandırma mərasimi ilə üçüncü günə yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.