"Onun Avropada oynamağı daha məsləhətlidir" - Qurban Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 31-ci turunda "Neftçi"ni 3:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.
Milli.Az xəbər verir ki, o, bu barədə matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadionda tam başqa ab-hava var idi. Hər oyunda onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Çox vacib qələbə qazandıq. Onlardan razı qaldım. Sona kimi sürəti, dinamikanı saxlaya bildilər. "Neftçi" bir neçə yaxşı qol epizodu yaratdı. Bu, onların gücündən xəbər verir. "Neftçi"yə, Samir Abasova uğurlar arzulayıram.
- 90 dəqiqə ərzində təzyiqi davam etdirməyinizi "Araz-Naxçıvan"la kubok oyununa hazırlıq kimi xarakterizə etmək olar?
- Yox. Belə planımız yox idi. Yanvar ayından bu yana bizim məşq etmək üçün bu qədər vaxtımız olmamışdı. Komandanı daha yaxşı bərpa etməyə 8 gün vaxtımız var idi. Bu gün göründü ki, həmin qısa dövrdə yararlana bilmişik. Futbolçular 90 dəqiqə ərzində meydanda gücü, sürəti qoruyub-saxlaya bildilər.
- Kevin Medinanın yayda müqaviləsi bitir. O, komandada qalacaq?
- Medinanın 4 oyundur oynamaması o demək deyil ki, onun oyunundan razı deyiləm. Mateus Silva özünü yaxşı göstərdiyi üçün ona daha çox şans vermək istəyirəm. Müqaviləsi bitmir. Səhv etmirəmsə, hələ bizimlə 2 illik sözləşməsi var. Qarşıdakı oyunlarda ona şans verməyə çalışacağıq.
- Bir həftə əvvəl "Səbail"lə oyundan sonra demişdiniz ki, nə olursa oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Bu gün güləşçi Hacı Əliyevin obyektinin açılışında iştirak etmisiniz. Bu da ictimaiyyət arasında birmənalı şəkildə qarşılanmır. Sizcə, İcraiyyə Komitəsindəki həmkarlarınız sizdən küsməz?
- Buna bir az fərqli yanaşmaq lazımdır. Oyun günü məşqimiz olan gün də olur, olmayan gün də. Digər tərəfdən İcraiyyə Komitəsində 10-15 dəqiqəlik yığıncaq olmur. Orada saatlarla müzakirələr gedir. İclasda iştirak edə bilməyəcəyimi əvvəlki gündən bildirirəm. Biz bir-birimizi anlayırıq. Bu gün Hacının kiçik biznesinin açılışına gedib təbrik etdim, uğurlar arzulayıb tez qayıtdım.
- Abbas Hüseynov rəqabətdə uduzur ki, onun mövqeyində Toral Bayramov oynayır?
- Abbasın ikinci zədəsi olmuşdu. Artıq komanda ilə məşqlərə başlayıb. Çox yüklənən əzələsində problem var idi. Onu birdən-birə oyuna buraxmaq riskdir. Qarşıdakı oyunlarda yavaş-yavaş şans veriləcək.
- Çoxlu qol epizodlarını qaçırmaq sizi narahat etmir?
- Bəli, qol epizodlarımız çox oldu. Çox da narahat etmir. Bir var epizoda məsuliyyətsiz yanaşmaq, bir də var qol vurmaq istəyi var. Bu gün istək həddindən artıq çox idi. Daha çox qol epizodları Kadi Borqesdə oldu. Onun ustalığı həmin epizodlardan yararlanmağa şərait yaradır. Növbəti oyunlarda daha dəqiq olar.
- Nəriman Axundzadə bu mövsüm 37 oyunda 10 qol vurub, 12 assist edib. Ondan istədiyiniz performansı ala bilirsiniz?
- Nəriman son vaxtlar yaxşı mənada dəyişib. Bir müddət əvvəl öz idman formasından uzaq idi. Bizim daim diskussiyamız olur. Daha yaxşı, işgüzar olmalıdır. Tək Nəriman yox, hər biri. Futbola bir az sevgin, həvəsin azaldısa, oynamağa ehtiyac yoxdur. Çünki tələblər çoxdur. Nərimandan tam razı deyiləm. Öz üzərində daha çox çalışsa, futbolu daha çox düşünsə, potensialı daha yüksəkdir. 11-12 qol yox, bu gün bombardirlər sırasında olmalı idi. Həm də olmağa borcludur.
- Mahir Emrelinin "Nürnberq"lə müqaviləsi mövsümün sonunda başa çatır. Onu yayda komandaya gətirmək istəmirsiniz?
- Mətbuatda oxudum ki, klubu ilə yeni müqavilə barədə danışıqlar aparır. Mahirlə heç bir danışığımız olmayıb. Onun məqsədi Avropada oynamaqdır. Orada oynamağı daha məsləhətlidir. (sportal.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
-
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - (Foto)
-
“Nazpərini yamsılayanları qəbul edə bilmirəm” -
-
Xankəndidə Zəfər konserti: Ərdoğanın sevdiyi mahnı səsləndirildi - (Video)
-
Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - (Foto/Video)
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - (Foto/Video)
-
Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb





