İdman

Sərbəst güləşçilərimiz Gimnaziadada 10 medal qazandılar - FOTO

6 Aprel 2025 19:52
Baxış: 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:51

Azərbaycanın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurlu çıxışla yadda qalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, güləşçilərimiz yarışları ümumilikdə 10 medalla başa vurublar.

Son görüşlərdə Xəyal Şükürlü (68 kiloqram), Elvin Nəcəfzadə (75 kiloqram) və Tural Eynullayev (85 kiloqram) bürünc medallar qazanıblar.

Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram), İbrahim Həsənov (44 kiloqram) qızıl, Hüseyn Rzazadə (41 kiloqram), Fərid Hüseynli (52 kiloqram), Məhəmməd Həsənli (62 kiloqram) gümüş, Tamerlan Namazlı (48 kiloqram) və Elcan Həsənov isə (57 kiloqram) bürünc medallara yiyələniblər.

-----------

18:05

Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurlu çıxışını davam etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təmsilçilərimizdən Fərid Hüseynli (52 kiloqram) və Məhəmməd Həsənli (62 kiloqram) gümüş, Tamerlan Namazlı (48 kiloqram) və Elcan Həsənov (57 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram) və İbrahim Həsənov (44 kiloqram) qızıl medallar, Hüseyn Rzazadə isə gümüş medal (41 kiloqram) əldə etmişdi. Bu nəticələr Azərbaycanın güləşçilərinin yüksək səviyyəli performansını nümayiş etdirir.

------------

17:36

Serbiyanın Luçani şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hal-hazırda Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.

38 kiloqram çəki dərəcəsində mübarizə aparan Elman İsmayılov və 44 kiloqram çəki dərəcəsində yarışan İbrahim Həsənov qızıl medal əldə ediblər. 41 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Rzazadə isə gümüş medal qazanıb.

Əvvəlki mərhələlərdə isə Azərbaycan komandası Gimnaziadada qılıncoynatmanın sablya növündə bir bürünc medal qazanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory