Dünən Ruanda milli komandası DÇ-2026-nın seçmə mərhələsində Nigeriya yığması ilə üz-üzə gəlib.
Milli.Az xəbər verir ki, matç Nigeriyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra "Zirə"də forma geyinən Ange Mutsinzi "Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenlə görüşüb. Nigeriyalı "Zirə"nin oyunçusuna "sarı-qırmızılar"ın formasını, Mutsinzi isə Osimhenə "qartallar"ın formasını təqdim edib. Daha sonra onlar xatirə fotosu çəkdirib.
Həmin anların görüntüsünü təqdim edirik: /Offsideplus.az
Milli.Az