İdman

Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb

5 Mart 2025 17:24
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misli Premyer Liqasının XXV turunun son oyunu "Neftçi"nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Milli.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Kəpəz"lə səfər görüşünün start heyətində yer alan 33 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirir.

O, yubiley matçına qədər 43 qola imza atıb.

E.Mahmudov Premyer Liqada yalnız bir klubun - "Neftçi"nin formasını geyinib. O, Azərbaycan çempionatları tarixində ağ-qara formada 200 matç keçirən ilk oyunçudur.

Yarımmüdafiəçi Premyer Liqadakı oyun sayında komandasının rekordçusudur.

Qeyd edək ki, Emin Mahmudov Premyer Liqada 2017/2018 mövsümündə debüt edib. O, 2017-ci ilin sentyabrın 24-də, səfərdə "Qəbələ"yə qarşı matçda (1:2) forma geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.