İdman

2025-ci ilin ən gözəgəlimli bolidi - FOTO

24 Fevral 2025 18:25
Baxış: 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 18-də Londonda "Formula-1" yarışında iştirak edən 10 komandanın ümumi təqdimat mərasimi keçirilib. Mərasim çərçivəsində komandalar yeni "Formula-1" mövsümündə istifadə edəcəkləri livreyaları nümayiş etdiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təqdimatdan sonra "Formula-1"in mətbuat xidməti 2025-ci il mövsümü üçün komandaların istifadə etdikləri ən gözəl livreya ilə bağlı sorğu keçirib. Sorğuda "Racing Bulls" komandası qalib gəlib.

İtaliya komandasının rəngi keçən illə müqayisədə ən kəskin şəkildə dəyişənidir. Bu il avtomobillərdə ağ rəngdən daha çox istifadə edilib.

"Haas" bolidində də daha çox ağ var. "Alpin"də rənglənməmiş hissə azalıb və bolid tam mavi-çəhrayı çalarlarla boyanıb.

"Ferrari" qırmızı rəngini saxlasa da, görüntüsü daha tünd olub. "Kick-Sauber" isə daha parlaq yaşıl rəngə üstünlük verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.