İdman

Məşhur ingiltərəli hakim HƏBS EDİLDİ

18 Fevral 2025 20:06
Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərəli futbol hakimi Qaret Vikkars yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsızlıq ittihamı ilə həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə 2021-ci il noyabrın 15-də Londonda baş verib.

46 yaşlı referinin işi üzrə ilk məhkəmə dinləməsi fevralın yeddisində keçirilib və hakim həbs olunub. Növbəti dinləmə martın yeddisində baş tutacaq.

Qeyd edək ki, Q.Vikkars cari mövsümdə İngiltərə çempionatının oyunlarında iştirak etməyib. O, sonuncu dəfə 2024-cü il fevralın üçündə İngiltərənin üçüncü divizionunda "Çarlton" və "Derbi Kaunti" arasında keçirilən matçda fit çalıb. Araşdırma müddətində o, futbol oyunlarında idarəçilikdən kənarlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.