İdman

Futbol hakimi bu görüntülərə görə işindən oldu - FOTO

11 Fevral 2025 17:18
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qumarxanada görüntüləri yayılan 38 yaşlı türkiyəli ədalət təmsilçisi Yaşar Kamal Uğurlu hakimlik karyerasını bu səbəbdən başa vurub.

Milli.Az xəbər verir ki, hakimin şəkilləri Türkiyə Mərkəzi Hakim Komitəsinə göndərilib, bu görüntülərin real olduğu təsdiqləndikdən sonra Yaşar Kemal Uğurlu karyerasını bitirib.

Daha öncə baş verənlərin pərdə arxasını ortaya çıxaran Türkiyə mediasının iddiasına görə, Mərkəzi Hakim Komitəsindən Yaşar Uğurluya bildirilib: "Bu, sənin şəxsi həyatındır, biz qarışa bilmərik. Amma qaldığın hoteldəki bütün ödənişlərin sənə aid olmasına dair sənəd təqdim etmək məcburiyyətindəsən, əks halda polis orqanları tərəfindən saxlanılacaqsan və məsələ araşdırılacaq".

Yaşar Uğurlu bunu isbat edə bilmədiyi üçün isə karyerasını bitirmək məcburiyyətində qalıb.

Bu hadisədən sonra, Türkiyə Superliqasında çıxış edən komandalar Mərkəzi Hakimlər Komitəsindən iclas keçirilməsini və məsələ ilə bağlı açıqlama verilməsini tələb ediblər.(oxu.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.