İdman

"Qarabağ"ın zəif olması ilə bağlı fikirlər... - Luis

30 Yanvar 2025 00:10
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" yaxşı komandadır. Bu kollektivi zəif hesab etmirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri "Olimpiakos"un baş məşqçisi Xose Luis Mendiribal Avropa Liqasının əsas mərhələsində Yunanıstanda "Qarabağ"la keçirəcəkləri VIII tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis qol vurmaq üçün bütün fürsətlərdən istifadə edəcəklərini bildirib:

"Rəqibin künc zərbələri zamanı zəif olması ilə bağlı fikirlər var. Açığı, bu istiqamətdə işləmək üçün kifayət qədər vaxtımız olmayıb. Amma qalib gəlmək istəyirik. İlk səkkizlikdə yer almaq bizim əldə edəcəyimiz nəticədən asılı deyil. Qələbəmizi qazanıb, digər oyunların nəticələrini gözləməliyik".

Qeyd edək ki, yanvarın 31-də keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12 xalla 12-ci pillədə qərarlaşıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.