"Qarabağ"dan ayrılaraq Braziliyanın "Flamenqo" komandasına keçən Olavio Juninyo debüt oyununa çıxıb.
Trend-in məlumatına görə, 28 yaşlı hücumçu "Carioca - Taca Guanabara" turnirində "Volta Redonda" ilə keçirilən matçda meydana olub. O, 60-cı dəqiqədə Bruno Enrikenin yerinə daxil olub.
Matç "Flamenqo"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli.Az