Türkiyənin Super Liqa nəhəngi "Fənərbağça" slovakiyalı müdafiəçi Milan Skrinyarın transferini tamamlayaraq onu İstanbula gətirir.
Milli.Az haberler-ə istindla xəbər verir ki, "Fənərbağça" futbolçu ilə razılığa gəlib və Skrinyar bu gün saat 15:30-da tibbi müayinədən keçmək üçün İstanbulda olacaq.
İtaliya mətbuatının iddiasına görə, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo şəxsən Skrinyara zəng edərək onu komandaya qoşulmağa razı salıb. Bu zəngdən sonra futbolçu PSG-nin "Mançester Siti" ilə bu axşam keçiriləcək oyununa daxil edilməyib.
Klubun rəsmi açıqlamasında bildirilir: "Milan Skrinyar Futbol Komandamızın 2024-2025 mövsümü orta mövsüm transfer işləri çərçivəsində görüşlər keçirmək üçün İstanbula gəlir."
Qeyd edək ki, futbolçunun adı uzun müddət "Qalatasaray" ilə hallanırdı.
Fidan
Milil.Az