İdman

“Arsenal” gözünü 70 milyonluq hücumçuya dikdi

19 Yanvar 2025 12:36
Baxış: 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal" "RB Leypziq"in hücumçusu Benjamin Şeşkonu almaq variantını nəzərdən keçirir.

Milli.Az xəbər verir ki, 21 yaşlı futbolçunun transferinin London klubuna 70 milyon funt-sterlinqə (82 milyon avro) başa gələ biləcəyi bildirilir.

Bu barədə "The Sun" məlumat yayıb. Mənbənin məlumatına görə, "topçular"ın sloveniyalı futbolçuya olan marağı Qabriel Jezusun ciddi zədəsi fonunda artırıb. London klubunun Şeşkonu icarəyə götürmək imkanını da nəzərdən keçirdiyi vurğulanır.

Bu mövsüm Şeşko bütün yarışlarda 25 matçda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur./publika.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.