İdman

Adnan Əhmədzadə Azərbaycanda bu kluba sponsorluq edəcək

15 Yanvar 2025 14:13
Baxış: 2 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birinci Liqada çıxış edən "Mingeçevir" klubu yanvarın 15-də yeni sponsoruna qovuşacaq. Bölgə təmsilçisi ASTA ilə (Azerbaijan Sport Talents Academy) əməkdaşlığa başlayacaq.

Bu barədə Futbolun İnkişaf Fondundan (FİF) məlumat verilib.

Tərəflər arasında müqavilənin imzalanma mərasimi sabah Bakıda keçiriləcək. Tədbir məhz FİF-in təşkilatçılığı ilə baş tutacaq. Qurum digər bölgə klubları kimi "Mingəçevir"ə də tərəfdaş tapmaqda köməklik edib.

ASTA iş adamı Adnan Əhmədzadəyə məxsusdur. Bu ad altında hazırda aşağı yaş qrupu üzrə liqalarda komandalar çıxış edir. Bundan əlavə, şirkət istedadlı azərbaycanlı futbolçuların ölkə xaricində - Barselonada uzunmüddətli təlimini təşkil edir.

Adnan Əhmədzadə SOCAR-da yüksək vəzifə tutub. O, ötən ilin noyabr və dekabr aylarında "Barselona"nın əfsanəsi Ronaldinyonu, klub prezidenti Xuan Laportanı və "İnter Mayami"nin ulduzları - Lionel Messi, Luis Suares, Xordi Alba və Serxi Busketsi Azərbaycana dəvət etməsi ilə gündəmə gəlmişdi. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.