Ali Koçu itələyən şəxsə həbs cəzası verilib.
İzmir 3-cü Cinayət Məhkəməsində keçirilən məhkəmə iclasında ev dustaqlığında olan təqsirləndirilən şəxs Fatih Özkan və tərəflərin vəkilləri iştirak ediblər.
Prokuror məhkəmədə təqdim etdiyi mövqedə, Türkiyə Futbol Federasiyası (TFF) Göztepe AŞ azarkeşlər üzrə məsul şəxs akreditasiya kartına sahib olan Fatih Özkanın, Fənərbaxça Klubu prezidenti Ali Koçu arxadan itələyərək yıxılmasına səbəb olduğunu bildirib və onun cəzalandırılmasını istəyib.
Fatih Özkan son çıxışında günahsız olduğunu və bəraətini tələb edərək deyib:
"Bu, ani baş verən bir hadisədir. Milyonlarla insan görüntüləri izləyib. Məqsədim onu meydançadan çıxarmaq idi. Ədalətsiz şəkildə itələmə nəticəsində yıxıldı. Məqsədim onu yaralamaq deyildi."
Hakim, Fatih Özkanı "idman sahəsində qəsdən yüngül xəsarət yetirmə" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edib. Bu cəza hadisənin idman sahəsində baş verməsi səbəbindən yarıya artırılaraq 9 aya yüksəldilib.
Hakim cəzada güzəşt tətbiq edərək, cəzanı 1/6 nisbətində azaldıb və təqsirləndirilən şəxsə 7 ay 15 gün həbs cəzası təyin edib.
Bundan əlavə, Fatih Özkanın 1 il müddətində Göztepe oyunlarına girişi qadağan edilib.
Lalə Qüdrətova
Milli.Az