"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin Argentinadakı son görüntüləri fanatlarını kədərə boğub.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, İkardinin Argentinada əməliyyat olunduqdan sonraki halı sosial mediada paylaşılıb.
Belə ki, videoda bir neçə həftə əvvəl Argentinada əməliyyat olunan İkardi stadiona çıxarkən görüntülənib. Görüntülərdə hücumçunun yeriyərkən axsadığı görülüb.
İkardinin vəziyyətinin ağır olduğunu görən azarkeşlər çox narahat olublar.
Qeyd edək ki, İkardi keçmiş həyat yoldaşı Wanda Nara ilə birlikdə iki qızının qəyyumluğunu geri qaytarmağı bacarıb. Bu, İkardinin məhkəmədəki müdafiəsində məlum olub. Argentina mətbuatında yer alan xəbərə görə, İkardi məhkəmədə "Qızlar həmişə tək idilər, çünki Vanda gecə həyatı yaşayırdı və gündüzlər yatırdılar. Onlara video ilə zəng etdiyim zaman həmişə tək idilər. Vanda Argentinada olarkən mən qızlara həm ana, həm də ata olmuşam" sözlərini deyib.
Fidan
Milli.Az