İdman

Arda Gülərə 40 milyonluq böyük təklif - Bu məşqçi onu istəyir - FOTO

9 Dekabr 2024 10:14
Baxış: 2 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya futbolunun parlaq gənc məşqçilərindən biri olan Xabi Alonso gözünü "Real Madrid"in gənc ulduzu Arda Gülərə dikib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Arda üçün təyin olunan transfer qiyməti məlum olub.

Məlumata görə, Xabi Alonso sol cinah müdafiəçisi Fran Qarsiyanı Arda Gülərlə birlikdə heyətində görmək istəyir. Onun iki futbolçu üçün Real Madridə 60 milyon avro təklif etdiyi bildirilir.İspaniyadan "El Nacional"ın xəbərinə görə, Xabi Alonso türk futbolçunun transferi üçün Almaniya klubunun rəhbərliyi ilə görüş keçirib.

Arda Gülərin qırx milyon avroluq transferi reallaşarsa, bu, Leverkuzen tarixinin ən bahalı transferi olacaq.

Real Madridin prezidenti Florentino Peresin Ardanın gedişinə razılıq verib-verməyəcəyi bəlli deyil.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.