İdman

Mbappe "Real"dan getmək istəyir - SƏBƏB

29 Oktyabr 2024 20:00
Baxış: 1 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in forvardı Kilian Mbappe İspaniyanı tərk etmək fikrinə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fransa millisinin üzvü "kral klubu"nda istədiyi mövqedə oynamadığı üçün özünü xoşbəxt hesab etmir.

Mbappe bu səbəbdən "Liverpul"un təklifini dəyərləndirəcək.

Məsələ burasındadır ki, "Real Madrid"də Mbappenin mövqeyində Vinisius Junior oynayır. Karlo Ançelotti isə onların mövqeyini dəyişmək barədə düşünmür.

Mersisayd təmsilçisi Kiliana görə 150 milyon avro təklif edəcək.

Qeyd edək ki, 25 yaşlı futbolçu yayda azad agent statusu ilə "Real Madrid"ə keçib. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.