“Bakı yarışının qadın marşalları idman dünyası üçün ilham mənbəyi olacaq” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Formula 1 Azərbaycan Qran-Prisi qadınların fəal rolunu vurğulamaq üçün bir ilkə imza ataraq Bakı Şəhər Halqasının həlledici, 16.2-ci döngəsində "Qadın Marşal Postu" yaradıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, artıq üçüncü ildir ki, tətbiq edilən bu təşəbbüslə qadın marşallar yarış əməliyyatlarında ön sıralarda olur ki, bu da yeniliyə və tədbirin əhəmiyyətli məqamına çevrilir.
Belə ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Azərbaycanda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem bu gün qadın marşallarla görüşüb.
"Qadın marşallarımızın 16-cı döngədə yerləşən postu yarışın gələcəyində onların töhfələrinin nə qədər vacib olduğunu göstərir. Qadınları belə mühüm bir posta yerləşdirməklə, biz sadəcə onların nailiyyətlərini qeyd etmirik, eyni zamanda daha inklüziv və dinamik bir idman üçün yol açırıq. Qlobal miqyasda motoraport inkişaf etdikcə, Bakı Şəhər Halqasının "Qadın Marşal Postu" bu idmanın müxtəlifliliyi qəbul etdiyini və qadınlar üçün daha çox imkanlar yaratdığını nümayiş etdirir", - deyə BŞH-nin baş direktoru Maqsud Fərzullayev bildirib.
Hazırda Azərbaycan Qran-Prisinin ümumi marşal heyətinin 36 faizini təşkil edən qadınlar kişi həmkarları ilə mühüm vəzifələri yerinə yetirir, o cümlədən trekdə baş verən hadisələri idarə edir və yarış əməliyyatlarını nəzarətdə saxlayırlar.
FIA prezidenti Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qadınların idmandakı nüfuzunun artması üçün bu cür təşəbbüslə çıxış etməsinin qürurverici olduğunu diqqətə çatdırıb: "Bərabərlik, müxtəliflilik və inklüzivlik siyasəti FIA-nın başlıca qayəsi olmaqla, qadınların idarəçilik mövqeyinin artmasına töhfə vermək vacib məqsədlərimizdəndir. Ümid edirəm ki, Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
Mbappe 20 illik sponsorunu dəyişdi
XƏBƏR LENTİ
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü





