İdman

“Qalatasaray”ın baş məşqçisi azərbaycanlı hakim istəyir

22 Avqust 2024 10:27
Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununda Türkiyə "Qalatasaray"ı səfərdə İsveçrə "Yanq Boyz"una 2:3 hesabı ilə uduzub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  "Qalatasaray"ın baş məşqçisi Okan Buruk matçdan sonra açıqlama verib. 

Cəzalı olduğundan oyunu tribunadan izləyən O.Buruk matçın Almaniyadan olan baş hakimi Daniel Siebertin oyunu idarəetməsini tənqid edib.

Onun sözlərinə görə, oyunun əvvəlində hər iki komandaya gərəksiz sarı vərəqələr göstərilib: "Oyun çox dayandı. Hakimin sarı vərəqəni yazması belə 1 dəqiqə davam edirdi. Matçı idarə edə bilməyən bir hakim gördüm. İsveçrənin alman kantonundayıq. Rəqibimiz alman dilində danışır və matçı alman hakim idarə edir. Üstəlik, hakim daha əvvəl Dünya Çempionatında oyunçularımızdan biri ilə problem yaşayıb. Biz də ikinci oyuna azərbaycanlı hakim istəyərik. Türk dilində danışan azərbaycanlı hakim bizim matçı idarə edərsə sevinərik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.