İdman

Paris-2024: Meşvildişvilinin bürünc görüşündə rəqibi bəlli olub

10 Avqust 2024 13:26
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paris-2024 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışları davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün növbəti mükafat dəstləri sahiblərini tapacaq.

Azərbaycan millisinin bir pəhləvanı da medal görüşünə çıxacaq. Giorgi Meşvildişvili Fransa paytaxtındakı son sınağında mükafat üçün güləşəcək.

Giorgi Meşvildişvili bürünc medal görüşündə qüvvəsini sınayacaq. Güləşçimizin rəqibi Robert Baran (Polşa) olacaq.

Qeyd edək ki, sərbəst güləş yığmamızın üç üzvü Paris-2024-lə vidalaşıb, ikisi isə bu gün mübarizəyə start verəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.