Paris-2024 Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışları davam edir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün növbəti mükafat dəstləri sahiblərini tapacaq.
Azərbaycan millisinin bir pəhləvanı da medal görüşünə çıxacaq. Giorgi Meşvildişvili Fransa paytaxtındakı son sınağında mükafat üçün güləşəcək.
Giorgi Meşvildişvili bürünc medal görüşündə qüvvəsini sınayacaq. Güləşçimizin rəqibi Robert Baran (Polşa) olacaq.
Qeyd edək ki, sərbəst güləş yığmamızın üç üzvü Paris-2024-lə vidalaşıb, ikisi isə bu gün mübarizəyə start verəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun