Azərbaycan Premyer Liqasında “futbol sevgisi”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024/2025 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Qurum və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri "Adidas" şirkətinin istehsal etdiyi, 2024-cü il Avropa çempionatının rəsmi topu olan "Fussballliebe"dən yararlanacaqlar.
Alman dilindən tərcümədə "futbol sevgisi" mənasını verən "Fussballiebe"-nin üzərində - turnirin loqotipinin ətrafında iştirakçı ölkələrə işarə edən qırmızı, göy, yaşı və narıncı rənglər təsvir edilib. Həmçinin, Almaniyada baş tutacaq yarışda matçların keçiriləcəyi 10 şəhərin adı və stadionların illüstrasiyası əks olunub.
Bu top bioloji əsaslı materiallardan hazırlanıb. Sürətli və dəqiq oyuna imkan yaradan yüksək aerodinamikaya malikdir.
Üst təbəqə sabit və ikiqatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir CTR-CORE ilə dəstəklənir.
Top həm meydanda, həm də meydandan kənarda geniş şəkildə tədqiq edilib və sınaqdan keçirilib.
Azərbaycan I Liqasında mübarizə aparan klublar "Adidas" şirkətinin təsis etdiyi "Al Rihla" toplarından istifadə edəcəklər. Bu top Dünya Çempionatları tarixində ekoloji cəhətdən təmiz - su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.
Topun xüsusiyyətləri:
CRT-CORE - topun maksimal forma və havasaxlama, zərbə anında yayınma olmayan özəlliklərinə malik, həmçinin hərəkətlərin cəld və dəqiq olması üçün sürəti, dəqiqliyi və sabitliyi təmin edən özəyidir.
SPEEDSHELL - makro və mikro teksturalar, həmçinin səthin basmanaxışlı (basılmış, sıxılmış) olması sayəsində topun uçuş trayektoriyasının dəqiqliyini, stabilliyini, həmçinin yayınmaları yaxşılaşdıran astar.
2-ci Liqada çıxış edən klubların istifadəsinə "Adidas" şirkətinin təsis etdiyi digər top olan "Adidas Tiro Pro" veriləcək. Adidas Tiro Pro futbol topu ən yüksək FIFA reytinqli ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər
-
Məşhur futbolçu saxlanıldı
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
FHN xilasediciləri sıxılmış sürücünü avtomobildən çıxardı - VİDEO
-
Bakıda mənzili talayan qardaşlar və onların əlbir olduğu şəxs saxlanıldı
-
Reha Muxtar xəstəxanaya yerləşdirildi
-
IV və VI sinif şagirdlərinin diqqətinə: Monitorinq tarixləri açıqlandı
-
Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Məşhur kurort şəhərində dəhşət: Qadın cəsədləri tapıldı
-
Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir
-
Bu BÜRClər bir-biri üçün yaranıb - Ayrılmaları demək olar mümkünsüzdür
-
İrandan Azərbaycana 20 kq narkotik keçirmək istədilər
-
Güclü külək nəticəsində paytaxtda 41 ağacı sınıb - FOTO
-
Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib
-
Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü
-
Çinin planı nədir?
-
Günəş aktivliyi yenidən artdı - Alimlərdən xəbərdarlıq
-
4 tondan artıq çətənə kolu məhv edilib
-
Köhnədir deyə atmayın: Nənələrinizin bu əşyaları sizi milyonçu edə bilər
-
İmtahana bir gün qalmış nə etmək lazımdır?
-
Onlar çarəsiz duruma düşüblər
-
Kürün səviyyəsi yüksəldi, kənddə vəziyyət pisləşdi
-
Məktəbə telefon gətirən şagirdlərlə bağlı VACİB XƏBƏR
-
Dünyanın ən çox qızıl ehtiyatına malik ölkələri açıqlandı





