“Elvini əsas heyətə salmayacaqdım” - Arif Əsədov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Millətlər Liqası öncəsi son sınaqdır. Hazırlıqları 2 hissəyə bölərdim. Mayın 30-dan başlayaraq, mövsümü tez bitirən oyunçularla hazırlıq keçdik. İyunun 3-dən isə tam komandayla məşq edirik. Bolqarıstanla qarşılaşmada tətbiq etdiyimiz modelin ardını gətirmək istəyirik. Futbolçuların münasibəti müsbət notlara ümid verir".
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov sabah Macarıstanın Sombatxey şəhərinin "Haladaş Arena" stadionunda Albaniya ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Qazaxıstan Millətlər Liqasında qrupda bizi arxada qoydu. Bu,sizin Qazaxıstanla oyunda motivasiyanıza necə təsir edəcək?
- Deməzdim ki, bu, bizi motivasiya edir. Onlarda da məşqçi dəyişib, bizdə də. Avropa çempionatında iştirak edəcək Albaniyaya qarşı oyun da çox maraqlı olacaq.
- Baş məşqçi əvəzi olmaq üzərinizdə təzyiq yaratmır?
- Məşq, futbolçuları hazırlamaq baxımından problemim yoxdur. Komandaya yaxından bələdəm. Ancaq baş məşqçi təyinatı baxımından müəyyən suallar var. Ancaq xarizmamdan maksimum yararlanıb hər cür vəziyyətə hazıram.
- Sizcə, bu iki matç sizin milli karyeranıza təsir edə bilər?
- Bilmirəm. Mən bu gün burdayamsa, bütün biliyimi milli komandanın qarşıdakı oyunlarına xərcləyirəm. Başqa heç nə barədə düşünmürəm.
- Məsələn, qələbə qazanılsa pul mükafatı yox, Arif müəllimin baş məşqçi təyin edilməsi...
- Mən millimizin uğurlu olması üçün hər şey edəcəm.
- Elvin Bədəlov böyük ehtimalla sabaha çatmayacaq. Onu start heyətində düşünürdünüz?
- Hər bir futbolçuya start heyəti üzvü kimi yanaşırıq. Elvinə də böyük ehtiyacımız var. Ancaq sabahkı görüşdə böyük ehtimal onu start heyətinə buraxmayacaqdım. Hərçənd, sabaha qədər vaxtımız var, bəlkə də viza məsələsi həll oldu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
XƏBƏR LENTİ
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)





